Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ənənəvi Respublika Folklor Festivalının bağlanış mərasimi keçirildi

01.11.2019

1noyabr 2019-cu il tarixində  Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ənənəvi Respublika Folklor Festivalının bağlanış mərasimi keçirildi.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, festivalda 80-dən çox kollektiv iştirak edib. Bu kollektivlər sırasından ən yaxşıları seçilərək bu gün çıxış edəcəklər.Əbülfəs Qarayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalq yaradıcılığının inkişafına böyük önəm verdiklərini dedi: "Mədəniyyət Nazirliyinin qarşısında müvafiq tapşırıq və vəzifələr qoyulub. Biz xalq yaradıcılığı ilə bağlı yeni layihə və proqramlar hazırlayacağıq”.Sonra festivalın qalib kollektivlərinə diplomlar təqdim edildi.  

Festivalda həmçinin ozan-aşıq sənətinin ən uğurlu nümayişi, multikultural dəyərlərin ən uğurlu nümayişlərinə görə fərqlənən kollektivlərə fəxri fərmanlar təqdim edildi.Bu kollektivlərdən biri də Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin “Buta” rəqs kollektivi olmuşdur. Kollektivə rəhbərlik edən Mərkəzin xoreoqrafiya üzrə müəllimi Pərviz Əliyevin səyi və zəhməti nəticəsində rəqs qrupuna uğurlu folklor ifaçılığı və rəqsinə görə  “Buta” rəqs kollektivi “FƏXRİ FƏRMAN”-la təltif olundu.

 

1 MB

 

219.4 KB

 

140.4 KB