Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyində də 29 oktyabr 1993-cü il Zəngilanın işğal günü ilə əlaqədar olaraq “Qarabağ Azərbaycanındır və Nida” mövzusunda dəyirmi masa təşkil edilmişdir

31.10.2019

Qarabağ Azərbaycanındır və Nida

Biz bir millət kimi hər zaman,hər yerdə fəxr edirik ki, bizim qədimlərə qədər gedib çıxan ulu keçmişimiz,soykökümüz ,tarixi Vətən torpaqlarımız,daim yüksəklərdə əzəmətlə dalğalanan bayrağımız var. Qədim tarixə malik Azərbaycan torpağı,bu torpağın hər qarışı hamımız üçün əzizdir.Çünki,bizlər bu torpaqda doğulmuşuq.Bu torpağın bərəkətindən bəhrələnib,havasından güc-qüvvət almışıq.Bəli! biz bu vətənin övladlarıyıq.Bu vətən bizimdir,tarixi Qarabağ torpağı da Azərbaycanındır!

Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskusskusiya Klubunun XVI illik iclasının plenar sessiyasında “ Qarabağ Azərbaycanındır və Nida” deməklə bütün dünyaya lakonik şəkildə sözünü dedi.Bu həqiqətin haqq səsi bütün dünyaya bəyan oldu.Bu əlamətdar hadisəni Azərbaycanı sevənlər bir daha alqışladı,düşmənlər,düşmən dəyirmanına su tökənlər isə həmişəki kimi yeni bir “fırtına” yaratmaq planını hazırlamaq haqqında fikirləşdi.

Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyində də 29 oktyabr 1993-cü il Zəngilanın işğal günü ilə əlaqədar olaraq “Qarabağ Azərbaycanındır və Nida” mövzusunda dəyirmi masa təşkil edilmişdir.Muzeyin əməkdaşı Güney Məmmədova Zəngilanın qədim tarixi, mədəniyyət abidələri haqqında geniş məruzə etmişdir.Ümumilikdə 1988-1993-cü illərə nəzər salınmış,Qarabağın qədim tarixi haqqında söhbətlər aparılmışdır.

 

34.8 KB