Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin əməkdaşları 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Avropa Liseyinin şagirdləri ilə “Əziz müəllimim” adlı tədbir təşkil etmişdir

04.10.2019

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin əməkdaşları 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə 04.10.2019 tarixində Avropa Liseyinin şagirdləri ilə “Əziz müəllimim” adlı tədbir təşkil etmişdir. Tədbirdə çıxış edən kitabxana əməkdaşı Ziyafət Həsənova bildirdi ki, bu gün cəmiyyətin onurğa sütunu olan təhsil sistemini quran, onu idarə edən, cəmiyyətə şəxsiyyətlər qazandıran insanların günüdür.Müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir.Unutmayaq ki,müəllim təhsildə əsas sima və nüfuzlu şəxsdir.Nitqinin sonunda bütün müəllim kollektivini təbrik edən kitabxana əməkdaşı sözü şagirdlərə verdi.Tədbirdə məktəblilərin ifasında şeirlər söyləndi və çarxlı slayda baxıldı.

 

3.1 MB