Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxıda “Mədəniyyət həftəsi”nin 4-cü günündə ”Vətən! Ordu! Şərəf!” adlı vətənpərvərlik mövzusunda konsert proqramı və “Neft və mədəniyyət xalqın sərvəti kimi” adlı elmi praktiki konfrans keçirilib.

04.10.2019

Şamaxıda “Vətən! Ordu! Şərəf!” konsert proqramı və “Neft və mədəniyyət xalqın sərvəti kimi” konfrans keçirilib

3 oktyabr 2019-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Şamaxı rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə təşkil olunmuş Şamaxıda “Mədəniyyət həftəsi”nin 4-cü günündə "Vətən! Ordu! Şərəf!" adlı vətənpərvərlik mövzusunda konsert proqramı və “Neft və mədəniyyət xalqın sərvəti kimi” adlı elmi praktiki konfrans keçirilib. Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndələri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı nümayəndəliyinin rəhbəri Rafael Tağızadə, N saylı hərbi hissəsinin zabit, gizir və əsgər heyəti, Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşlarının iştirakı ilə Heydər Əliyev Parkında keçirilmiş konsertdə Bakı şəhərindən dəvət olunan aktyorlar, uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin “Gənclik” instrumental ansamblı, Şamaxı Rayon Mədəniyyət Mərkəzinin “Şirvan” Xalq folklor qrupu və aşıqlar iştirak ediblər. Yumorist Ramin Abdullayev həm hərbiçilərə həm tamaşaçılara yüksək əhval ruhiyyə bəxş etdi. Mərkəzin əməkdaşları Rəfiqə Nəsirova və Nadir Məmmədov apardığı konsertdə gənc gitaraçı Prezident mükafatçısı Tofiq İsmayılzadə məşhur “Cənab leytenant” mahnısını ifa edib. Daha sonra Mərkəzin əməkdaşları Cavid Əliyev "Səni vətən çağırır", Nurəddin Babazadə "Mədəniyyət və silahlı qüvvələr", Rəfiqə Nəsirova "Əsgər salamı" adlı məruzələri ilə çıxış etmişlər. Çıxış edənlər vətənpərvərlik ruhunun aşılanması və təbliğ olunmasını tədbirin hədəfləri arasında yer aldığını vurğuladılar. Günün ikinci yarısında Heydər Əliyev Mərkəzində “Neft və mədəniyyət xalqın sərvəti kimi” adlı elmi praktiki konfrans baş tutub. Konfransda Şamaxı Rayon İH-nin birinci müavini Qasım Qasımovun, Mərkəzin direktoru Asif Usubəliyev, elmi katibi Cavid Əliyev, SOCAR, AMEA və müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri çıxış ediblər. Qeyd edək ki, Mərkəzin SOCAR-ın şirkətləri ilə köhnə əlaqələri var. 16 may 2016–cı ildə SOCAR İnsan Resursları Departamentinin və Mədəniyyət üzrə Elmi–Metodiki və İxtisasartırma Mərkəzinin birgə təşkilatçılığı ilə “İlham Əliyev: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir” mövzusunda seminar keçirilmişdir. Çıxış edənlər vurğuladılar ki, iki milli sərvətimiz olan mədəniyyət və neft arasında əlaqələr sayəsində əsrlərdən bəri möhtəşəm layihələrə imza atılır. Konfransı yekunlaşdıraraq, Mərkəzin direktoru Asif Usubəliyev sənaye, mədəniyyət və humanitar sahələrinin sintezi olan bu konfransın keçirilməsini dəstəklədi, Mərkəzin fəaliyyətindən, mədəniyyətimizin inkişafından, zəngin tariximizdən bəhs etdi. Azərbaycan özü aqressiya və işğalın qurbanı olaraq beynəlxalq ictimaiyyətə sübut edir ki, ancaq mədəni dəyərlərinə və sənaye inkişafına qiymət verən ölkə dünya arenasında uğur qazana biləcək. Ölkəmizin dövlət siyasəti Azərbaycanın ən güclü istiqamətidir və müasir dünyanı xilas edə biləcək tək platformasıdır. Vurğuladı ki, neft tükənən sərvətdir, amma mədəniyyət tükənməzdir. Tədbirin sonunda mövzu ilə bağlı maraqlı suallar, fikirlər söyləndi və qeyd olundu ki, bir-birindən fərqli sahələrin sintezi ölkəmizin inkişafına daha uğurlu və maraqlı nəticələr əldə edilə bilər. Həmçinin “Mədəniyyət həftəsi” çərçivəsində Şəhla Xəlillinin tərcümə etdiyi, eyni zamanda Fariz Xəlilli tərəfindən nəşr olunan “Şirvanşahlar Yurdu”, “Şirvan xanlarının şəcərəsi”, “Seyid Nəsimi həqiqətlərə giriş” kitabların təqdimatı olub.

 

2.9 MB

 

2.8 MB

 

2.8 MB