Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “II Beynəlxalq Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı” çərçivəsində “Şamaxı antologiyası” əlyazmalar sərgisinin təqdimatı old

29.09.2019

Sentyabrın 29-da Seyid Əzim Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “II Beynəlxalq Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı” çərçivəsində “Şamaxı antologiyası” əlyazmalar sərgisinin təqdimatı oldu. Türkiyə, Çin, Rusiya, Əfqanıstan, İndoneziya, Fransa, İngiltərə və digər ölkələrdən olan 150 nəfərdən çox festival iştirakçısının qatıldığı təqdimat mərasimini Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov açaraq qonaqları Nəsimi yurdunda salamlamaqdan şərəf duyduğunu bildirdi. Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olan İmadəddin Nəsimi və onun kimi mütəfəkkirlərin yaradıcılığının tədqiqi və təbliği sahəsində Fondun həyata keçirdiyi layihələrdən danışdı. Təbriz İslam Sənət Universitetinin professoru Kərim Mirzay çıxışında miniatür sənətinin incəliklərindən, Təbrizdə, o cümlədən Şamaxıda ədəbiyyat və incəsənətin, xüsusilə də miniatür rəssamlıq və xəttatlıq sənətinin inkişafından danışdı. Açılış mərasimində Əfqanıstanın “Detache” və Azərbaycanın “İnci” Ansambllarının birgə çıxışları festival iştirakçılarında xoş ovqat yaratdı.

Tədbirlə əlaqədar muzeydə “Abqora” restoranı tərəfindən qonaqlar üçün furşet təşkil edildi.

Sentyabrın 29-da gələn qonaqlar və tədbir iştirakçıları üçün “II Beynəlxalq Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı” çərçivəsində “Şamaxı antologiyası” əlyazmalar sərgisinə və muzeyə baxış sərbəst olmuşdur.

 

163.4 KB

 

196 KB

 

135.4 KB