Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İsmayıl Bəy Qutqaşınlının Xatirə Ev Muzeyində Elza Rəşadla görüş keçirilmişdi

10.09.2019

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı olan İsmayıl Bəy Qutqaşınlının Xatirə Ev Muzeyində Oğuz rayon sakini əslən Qəbələdən olan Elza Rəşadla görüş keçirilmişdir. Gənc yazarlardan Şəhla Xəlilqızı, Aynur İbrahimova,Ömər Səmədov, İsmayıl Bəy Qutqaşınlının Xatirə Ev Muzeyinin müdiri Çimnaz Müzəffərova digər nümayəndələr bu tədbirin təşkilində böyük əmək sərf etmişdir.İlk olaraq Çimnaz Müzəffərova muzeyə ekskursiya təşkil etmiş,böyük ədib,maarifpərvər həmyerlimiz İsmayıl Bəy Qutqaşınlının həyat və yaradıcılığı haqqında geniş məruzə etmişdir.

Daha sonra Elza Rəşadın 2018-ci il nəşr olunmuş “Elzanamə” kitabının təqdimat mərasimi keçirilmişdır.Kitabın əsas mövzusu atalar sözləri,müdrik kəlamlar,xalq deyimləri,adət -ənənlər və ən əsası isə Elza xanımın ürəyinin sözü,zəkasının məhsulu olan müdrik alqışlar və deyimlərdən ibarətdir.V.Məmmədovun ifasında gitarada səsləndirilən Azərbaycan musiqiləri tədbirin daha da maraqlı keçməsinə səbəb oldu.

Elza xanım tədbir iştirakçılarına o cümlədən İsmayıl Bəy Qutqaşınlının Xatirə Ev Muzeyinə yeni nəşr olunmuş kitabını hədiyyə etdi. Tədbirdə iştirak edən Qəbələ yazarlarından Cəlil Komuradlı,Mirhəsən Ağayev,Rəciyyə Şirinova və başqaları Elza xanıma uğurlar arzulayaraq İsmayıl Bəy Qutqaşınlının Xatirə Ev Muzeyinin kollektivinə də böyük dəstək və tərəfdaşlıq üçün minnətdarlıqlarını bildirdilər.

 

91.2 KB

 

161.1 KB

 

79.6 KB