Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyevin elm və təhsilə qayğısı” mövzusunda dəyirmi masa təşkil olunmuşdur

10.09.2019

10 sentyabr 2019-cu il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyevin elm və təhsilə qayğısı” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə mərkəzin işçisi Mahirə Kərimova çıxış edərək qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür.

Ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına xüsusi qayğı ilə yanaşdığını qeyd edən M.Kərimova bu dahi şəxsiyyətin Azərbaycanın tərəqqisinin yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsində gördüyünü söylədi.

Tədbirdə çıxış edən Qəbələ rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşı İlhamə Seyidova bildirdi ki, ümummilli liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi bazasının gücləndirilməsi əhalinin gün-güzəranının yaxşılaşdırılması, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin rəhbərliyi dövründə illər Azərbaycanın tarixinə elmin və təhsilin dövrü kimi daxil oldu. Məhz bu dövrdə yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi və sair sahələrdə də ümummilli liderimizin misilsiz xidmətləri müstəqil Azərbaycanda təhsil siyasətinin geniş üfüqlərindən soraq verir. Təkcə bir faktı deyək ki, böyük dövlət qayğısı sayəsində 1993-2001-ci illərdə təhsil işçilərinin əməkhaqları doqquz dəfə artırılmışdır.Ümumiyyətlə, Azərbaycan təhsilinin sоn qırx ildən artıq bir dövrdəki inkişafı, yüksəlişi ümummilli liderimizin adı ilə bağlıdır.

Qeyd olundu ki, bu gün müstəqil Azərbaycanda ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər də bu siyasətin üzvi tərkib hissəsidir. Qəbul оlunmuş yeni Təhsil Qanunu və оna uyğun aparılan islahatlar Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir. Azərbaycanda, təhsilin yüksəlişi, uğurları “Təhsil millətin gələcəyidir”, – deyən ulu öndər Heydər Əliyevin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun təntənəsidir.

 

81.8 KB