Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağsu rayon Mərkəzi kitabxanasında “Azərbaycanın siyasəti sülhsevər siyasətdir” mövzusunda tədbir təşkil olunub

07.09.2019

“Beynəlxalq Sülh Günü” ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir.

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Sentyabr ayının 21 bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd edilir.Respublikamızda da hər il 21 Avqust -21 Sentyabr “Sülh aylığı” çərçivəsində müxtəlif tədbirlər təşkil olunur.07 Sentyabr 2019-cu il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında bu münasibətlə “Azərbaycanın siyasəti sülhsevər siyasətdir” mövzusunda tədbir təşkil olunub.Tədbirdə Azərbaycan dövlətinin beynəlxalq aləmdə yeritdiyi sülhsevər siyasətdən,heç bir hərbi-siyasi bloklara qoşulmamasından söhbət açılıb.Müharibə şəraitində olan ,bir milyondan çox qaçqını olan dövlət üçün sülhün necə prioritet məsələ olduğu vurğulanıb. Maarifləndirmə xarakteri daşıyan tədbir dinləyicilərin marağına səbəb olub.

 

105.7 KB

 

102.4 KB