Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Respublikamızın hər yerində olduğu kimi “Nəsimi ili “ çərçivəsində tədbirlər İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayonu üzrə müəs- sisələrində də davam etdirilir

06.09.2019

“Nəsimi ili” çərçivəsində tədbirlər davam edir.

Respublikamızın hər yerində olduğu kimi “Nəsimi ili “ çərçivəsində tədbirlər İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayonu üzrə müəssisələrində də davam etdirilir.Çiyni ,Bico və Gəgəli kəndlərindən sonra növbəti tədbir rayon Mədəniyyət Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilati dəstəyi ilə Kalva kənd ərazi bölgəsində baş tutdu.Çıxış edənlər böyük azərbaycan şairinin həyat və yaradıcılığından, ümumbəşəri fikirlərindən söz açdılar. Təşkil olunmuş kitab sərgisi ilə tanışlıqdan sonra Nəsimiyə həsr olunmuş şerlər,mahnılar səsləndirildi.Maraqlı keçən tədbir kənd əhalisinin dərin marağına səbəb oldu.

 

100.1 KB

 

123.1 KB