Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Seyid Əzim Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadimi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

06.09.2019


İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Seyid Əzim Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadimi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə muzey əməkdaşları və Şamaxı Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Əhmədli Nicat iştirak ediblər.
            Tədbiri giriş sözü ilə Muzeyin direktor vəzifəsini icra edən Həsənova Vüsalə açaraq böyük sənətkarın həyat və yaradıcılığı barədə məlumat verib. Və həmçinin vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük yazıçı və dramaturqun yaradıcılığına və şəxsiyyətinə həmişə böyük diqqət və qayğı göstərib. Məhz ulu öndərin hakimiyyəti illərində Cəlil Məmmədquluzadə haqqında yeni tədqiqat əsərlər kütləvi nəşr olunub, xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər həyata keçirilib. 
         Sonra Muzeyin bələdçisi Qarayeva Türkan “Mirzə Cəlil cəsarəti: anlamaq və anlatmaq yolunda” adlı məruzə ilə çıxışında Cəlil Məmmədquluzadənin dram və əsərlərinin özündə milli, ümumbəşər dəyərlərini əks etdirməsindən və “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda və eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyması haqqında danışıb. Şamaxı Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Əhmədli Nicat “Cəlil Məmmədquluzadə irsinə dövlət qayğısı” mövzusunda çıxış edərək bildirib ki, böyük yazıçı Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlal uğrunda mübarizənin ön cərgəsində durmaqla bizim müasirimiz olmuş və bundan sonra da olacaqdır. 
 

 

95.4 KB