Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı rayon M.Ə. Sabirin ev Muzeyində Azərbaycan xalqının bədii və fəlsəfi fikirində dərin iz qoymuş mütəffəkir şair İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə dəyirmi masa keçrildi

05.09.2019

05 sentyabr 2019- cu il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon M.Ə. Sabirin ev Muzeyində Azərbaycan xalqının bədii və fəlsəfi fikirində dərin iz qoymuş mütəffəkir şair İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə dəyirmi masa keçrildi. Tədbiri giriş sözü ilə M.Ə.Sabirin ev Müzeyinin direktoru Rəqsanə Xəlilzadə açaraq Şərq xalqının xəzinəsində layiqli yer tutan Nəsimi yaradıcılığından bəhs etdi.

Tədbirdə daha sonra çıxış edən muzeyin əməkdaşları Həsənova Nəzrin və Əliyeva Aytəkin Şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır.Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər. Nəsiminin şeirlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliğ etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından da keçirlər deyərək ətraflı məlumat verdilər.

 

2.5 MB

 

2.1 MB