Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İsmayıllı Rayon İcra Hakimiyyəti,İsmayıllı rayon Təhsil şöbəsi və İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı rayonunda ”Təhsil bayramı”keçirilmişdir.

29.08.2019

İsmayıllı Rayon İcra Hakimiyyəti,İsmayıllı rayon Təhsil şöbəsi və İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı rayonunda "Təhsil bayramı"keçirilmişdir.

Tədbir ilk öncə mərkəzi meydanda məktəblərin, Mədəniyyət Mərkəzinin tərkibində fəaliyyət göstərən klubların, İsmayıllı dövlət Rəsm Qalareyasının, MKS-nin və filiallarının hazırladıqları sərgilərə baxış keçirilərək başlanmış,daha sonra Mədəniyyət Mərkəzinin Niyal instrumental ansamblının konsert proqramı ilə davam etmişdir. Eyni zamanda İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin hazırladığı sərgi nümayiş olunmuşdur.

Tədbirdə qonaq qismində iştirak edən Aşıq Ağamurad, Teymur Əziz, İlahə Rüstəmova, Kamilə Nəbiyevada musiqilər səsləndirmişdirlər. Tədbirdə icra başçısı,deputat Novruz Aslan icra nümayəndələri, rayon ictimaiyyəti, mədəniyyət müəssisələrinin işçiləri,Baba Vəziroğlu,Musa Yaqub, tələbə adını qazanmış gənclər və valideynləri iştirak etmişdirlər. Daha sonra mərkəzin akt zalında mükafatlandırma mərasimi olmuş, mərasim “Qala” şadlıq sarayında davam etdirilmişdir.Yüksək bal yığaraq universitetə qəbul olmuş gənclərə müxtəlif hədiyyələr təqdim olunmuşdur.Tədbirin musiqili hissəsi Qala şadlıq sarayında daha sonra isə Heydər Əliyev adına parkda davam etdirilmişdir. "Niyal"instrumental ansamblının, İvanovka folklor qrupunun, Lahıc xalq folklor qrupunun hazırladıqları konsert proqramı tədbir boyu alqışlarla qarşılanmışdır.

 

334.4 KB

 

104.1 KB

 

80 KB