Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qəbələ rayon Mədəniyyət Mərkəzində “Gənclər bizim gələcəyimizdir “ adlı dəyirmi masa təşkil edilmişdir.

07.08.2019

Qəbələ rayon Mədəniyyət Mərkəzində “Gənclər bizim gələcəyimizdir “ adlı dəyirmi masa təşkil edilmişdir. Tədbirdə gənc müəlimmlər, səhiyyə, kitabxana və Mədəniyyət Mərkəzinin işçiləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin metodisti Anar Rüstəmli açaraq nə məqsədlə keçirilməsi barədə iştirakçılara məlumat verdi. Sonra çıxış üçün söz Mədəniyyət Mərkəzinin bədii rəhbəri Sahibə Dadaşovaya verildi. O Gənclərin dövlətimiz, xalqımız üçün layiqli vətəndaş olmalarından, onların uğurlarından söhbət açdı. Sonra çıxış üçün söz Mədəniyyət Mərkəzinin işçisi Şahnaz Yusibovaya verildi. O çıxışında gənclərin nəyinki respublikamızda hətta xarici ölkələrdə də istər təhsil, mədəniyyət, idman və başqa sahələrdəki uğurlarından danışdı. Daha sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon komitəsinin Gənclərlə iş üzrə komissiyanın sədri Rəvan Şakərli çıxış etdi.

Tədbirin sonunda Yusif Abbaszadənin ifasında “Azərbaycan gəncləri” mahnısı səsləndirildi.

 

1 MB

 

3.1 MB

 

973.8 KB