Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Milli Yaylaq festivalında İsmayıllı Regional Mədəniyyət İdarəsi Lahıc xalq folklor kollektivi, İvanovka folklor qrupu tərəfindən təmsil olunmuşdur.

29.07.2019

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalına start verilib.

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, unikal konsepsiya əsasında təşkil olunan Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, eləcə də yerli və xarici turistlər qatılıb.

Festivalın təşkilində əsas məqsədin Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olduğu vurğulanmışdır.

Milli Yaylaq festivalında İsmayıllı Regional Mədəniyyət İdarəsi Lahıc xalq folklor kollektivi, İvanovka folklor qrupu tərəfindən təmsil olunmuşdur.Öz rəqsləri, ifaları həmçinin tətbiqi sənət nümunələrinin nümayişi ilə seçilmişdirlər.

 

184 KB

 

163.6 KB