Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ona tabe klub müəssisələri və İsmayıllı MKS-nin və filiallarının birgə təşkilatçılığı “ Narkomaniyaya 21 əsrin bəlasıdır” adlı tədbir keçirilmişdir.

30.07.2019

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ona tabe klub müəssisələri və İsmayıllı MKS-nin və filiallarının birgə təşkilatçılığı “ Narkomaniyaya 21 əsrin bəlasıdır” adlı tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi narkomaniyanın cəmiyyət üçün böyük bəla olduğunu və onun "Ağ ölüm” adlandırıldığını vurğulamaq olmuşdur. Mədəniyyət mərkəzinin direktoru Araz Şəmdinli çıxış edən zaman ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulamış və gəncləri, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyin vacibliyindən söz açmışdır. Daha sonra MKS-nin direktoru Könül Baxışova çıxış etmişdir.Tədbirin rəsmi hissəsindən sonra narkomaniyanın törətdiyi bəlalardan bəhs edən qısa metrajlı videoçarx nümayiş olunmuşdur.

 

56.8 KB

 

50.2 KB

 

96.6 KB