Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı rayon Mərkəzi kitabxanasında 1 Avqust Azərbaycan Dili və Azərbaycan Əlifbası Günü ilə əlaqədar “Azərbaycan dilinin inkişafında ulu öndər Heydər Əliyev şəxsiyyətinin rolu” adlı dəyirmi masa keçirildi.

01.08.2019

smayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi kitabxanasında 1 Avqust Azərbaycan Dili və Azərbaycan Əlifbası Günü ilə əlaqədar 01.08.2019-cu il tarixində “Azərbaycan dilinin inkişafında ulu öndər Heydər Əliyev şəxsiyyətinin rolu” adlı dəyirmi masa keçirildi.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, milli varlığımızın əsas atributlarından olan Ana dilimiz millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu.

 

723.3 KB

 

797.5 KB