Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qəbələ rayon mədəniyyət mərkəzinin işciləri Aqsaqqallar şurasında görüş təşkil etmişdilər.

01.08.2019

Azərbaycan xalqı hər zaman yaşlılara,ahıllara böyük diqqət və hörmətlə yanaşmışdır.Yaşlı nəslin nümayəndələrinin  hər zaman gənclərin həyatında böyük rolu olmuşdur.Qəbələ rayon mədəniyyət mərkəzinin  mədəni təşkilatcısı Günay Kərimova rayon Ağsaqqallar şurasının üzvləri ilə dəyirmi masa təşkil etmək ücün təşəbbüs irəli sürmüşdür.Qəbələ rayon  mədəniyyət mərkəzinin işciləri avqust ayının 1-də Aqsaqqallar şurasında görüş təşkil etmişdilər. Ağsaqqallar şurasının üzvləri gənclərin görüşünü böyük məmuniyyətlə qarşıladılar.Ağsaqqallar şurasının sədri Nazim Mustafayev gənclərlə söhbət zamanı bildirdi ki, ailə dəyərləri, əxlaq normaları, adət-ənənələr hər zaman Azərbaycan xalqının  güclü və qüdrətli olmasına səbəb olmuşdur. Nazim Mustafayev sevinc və qürur hissi ilə bildirdi ki, Azərbaycan xalqının istiqanlı ,qonaqpərvər,dostcanlı ,duz-cörəyə hörməti,   valideyinlərə məhəbbəti övlada xoş münasibəti digər xalqlarında incəsənətimizi  öyrənmələrinə səbəb olmuşdur. Natiq cıxışında bildirdi ki,folklor qeyri-maddi mədəni irs olaraq nəsillərdən –nəsillərə ötrülən tarixi adət- ənənələrimizdir. Nazim Mustafayev çıxışında bildirdi ki,yenilik inkişaf müasirlik cox gözəl anlayışdır ancaq Avropasyağı ailə termini bizim gənclərin təfəkküründə olmamalıdır.

                Ağsaqqal cıxışında gənc mədəniyyət işcilərinə tövsiyyə verərək bildirdi ki,calışdıqları mədəniyyət sahəsi adət ən-ənələrin tarixin incəsənətin ədəbiyyatın bütünlükdə özündə birləşdirən təbliğat və təşviqat cərəyanıdır.Buna görə də uşaqların milli adət -ənənələrə uyğun dünyagörüşlü vətənpərvər böyüməsi ücün mədəniyyət sahəsində calışan gənclər yerli uşaq cizgi filmlərinin istehsalı və təbliğatı mövzusunda layihə hazırlayaraq aidiyyatı qurumlara təklif irəli sürsünlər.

         Söhbətin sonunda gənclər dəyirmi masa ətrafında ağsaqqallarla xatirə şəkli çəkdirdilər.

 

1.8 MB

 

1.9 MB

 

2 MB