Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı M.Ə.Sabirin ev muzeyində C.Məmmədquluzadənin 150 illiyi ilə bağlı “”Şərqin aynası Mirzə Cəlil” mövzusunda dəyirmi masa keçirildi.

02.08.2019

2 avqust 2019- cu il tarixində İsmayıllı Regional İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı M.Ə.Sabirin ev muzeyində C.Məmmədquluzadənin 150 illiyi ilə bağlı “”Şərqin aynası Mirzə Cəlil” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə Muzeyin baş fond mühafizi Mehdiyeva Ruhəngiz açaraq bildirmişdir ki, C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır.

Daha sonra M.Ə.Sabirin ev müzeyinin elmi işçisi Cabarova Nailə və muzeyin baxıcısı Məmmədova Aybəniz çıxışlarında Cəlil Məmmədquluzadə 1873-1876-cı illərdə Molla Əli Hüseynzadənin, 1877 1879-cu illərdə isə Hacı Molla Bağırın məktəbində oxumuşdur. Ədib ərəb və fars dillərini də həmin vaxtda öyrənmişdir. Daha sonra Cəlil 1879-cu ildən Naxçıvan şəhər üçsinifli məktəbində təhsilini davam etdirir. Həmin məktəbdə dərslər rus dilində tədris olunurdu və Azərbaycan dilinin tədrisinə cuzi yer verilirdi. O, burada 3 il təhsil almışdı. Mirzə Cəlilin dünyagörüşünün inkişafına burada keçirilən dünyəvi fənlərin, həmçinin məktəbin müdiri, maarifçi Konstantin Nikitinin (1832-1894), qabaqcıl görüşlərinə görə mərkəzdən uzaqlaşdırılaraq Naxçıvanda müəllimliyə göndərilmiş gürcü xalqçı-demokrat, coğrafiya müəllimi Georgi Uturqaurinin, ana dili və şəriət müəllimi, teatr həvəskarı Mirzə Sadıq Qulubəyovun , Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini beş il əvəzinə iki ilə bitirərək doğma şəhərə təyinat almış, A.O. Çernyayevskinin yetirməsi olan Əliməmməd Xəlilovun (1862-1896) da mühüm təsiri olmuşdur.

C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə C. Məmmədquluzadənin adı verilmişdir deyərək qeyd etdilər.

 

1.5 MB