Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İsmayıllı rayon Mədəniyyət Müəssisələrinin birgə təşkilatçılığı ilə İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində Regionlarda xalq tətbiqi dekorativ və təsviri sənətin inkişafına dair təşəbbüslərin dəstəklənməsi aid tədbir keçirildi.

02.08.2019

Mədəniyyət sahəsində qeyri hökümət təşkilatlarının dəstəklənməsi məqsədi ilə 2019-cu il üçün Mədəniyyət Nazirliyi tərəfindən müsabiqə elan edilmişdir. "Təkamül və İnteqrasiya"ictimai birliyinin Regionlarda xalq tətbiqi dekorativ və təsviri sənətin inkişafına dair təşəbbüslərin dəstəklənməsi adlı layihəsi qalib gəlmişdir. Sözü gedən layihənin Qəbələ və İsmayıllı rayonlarında icra edilməsi nəzərdə tutulmuşdur. 2 avqust 2019-cu il tarixidə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində faəliyyət göstərən İsmayıllı rayon Mədəniyyət Müəssisələrinin birgə təşkilatçılığı ilə İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində bu mövzu əsasında görüş keçirilmişdir. Tədbirdə xalq tətbiqi dekorativ sənətlərin inkişafından söz açılmış, sərgiyə baxış keçirilmişdir. Görüşün əsas məqsədi əl işləri, xalçaçılıq,toxuma və bədii tikmə,dulusçuluq kimi sənət nümunələrinin inkişafından, bu sənət növləri ilə məşğul olmaq istəyən insanlara düzgün istiqamət verməkdən ibarət olmuşdur.Sonda tədbir iştirakçılarına bukletlər paylanmışdır.

 

89.3 KB

 

36.9 KB

 

33.9 KB