Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ölkəmiz “Koşpəndilər Aləmi” adlı 2-ci Beynəlxalq Etnofestivalında təmsil olunub

09.07.2019

Qazaxıstanın paytaxtı Nursultan şəhərində 28-30 iyun 2019-cu il tarixlərində “Kazakh tourism”-in təşkilatçılığı ilə keçirilmiş “Koşpəndilər Aləmi” adlı 2-ci Beynəlxalq Etnofestivalında iştirak etmək məqsədilə Azərbaycan nümayəndə heyəti Qazaxıstana səfər etmişdir. Azərbaycan nümayəndə heyəti 25 iyun 2019-cu il tarixində Nursultan Hava Limanında qazax milli musiqi sədaları ilə qarşılanmışdır.

Qeyd edək ki, 10-dan artıq ölkənin milli komandaların iştirakı ilə baş tutan etnofestivalda türk xalqlarının köçəri həyatı, adət-ənənələləri, rəqs, folklor, sənətkarlıq və ifa nümunələri nümayiş olunmuşdur. Azərbaycanı adiçəkilən etnofestivalda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Eldəniz Ağayev, Lahıc folklor qrupu, 3 sənətkar, 2 çapar və 2 aşıq təmsil etmişdir.

25 iyun 2019-cu il tarixində Etnofestivalın keçirilməsi ilə bağlı Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyində mətbuat nümayəndələri üçün brifinq keçirilmişdir. Brifinq zamanı Azərbaycanın zəngin milli mədəniyyəti və nümayəndə heyətinin etnofestivalda çıxış proqramı haqqında, o cümlədən  Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası haqqında ətraflı məlumat verilmişdir.

Festival təntənəli paradla başlanılmış və ”Kazakh tourism”in rəhbərliyinin salamlama nitqi ilə açıq elan olunmuşdur. Qeyd edək ki, Azərbaycan komandasının çıxışı, o cümlədən Lahıc folklor kollektivinin və aşıqlarımızın ifaları böyük marağa səbəb olmuş, Azərbaycan “yurta”sı ən çox ziyarət edilənlərdən olmuşdur. Festival çərçivəsində bir çox ölkələrin nümayəndəlikləri ilə dialoqlar aparılmışdır. Xüsusən Dünya Atüstü Oxatma Federasiyasının rəhbəri ilə söhbət zamanı bildirilmişdir ki, Cənubi Koreya atüstü oyunlarla bağlı Azərbaycanla çox maraqlanır və bu barədə daha çox məlumatlanmaq, həmçinin bu sahənin qarşılıqlı inkişafı üçün daha sıx əlaqələrin olmasında maraqlıdırlar.

Festival zamanı iştirakçı ölkələrin o cümlədən Azərbaycan komandasının çıxışları gur alqışlarla qarşılanmışdır. Azərbaycan komandası uğurlu çıxışına görə sertifikatlarla təltif olunmuşdur.

 

 

87.4 KB

 

78.5 KB

 

171.1 KB