Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi Heydər Əliyev adına İistirahət parkında Yay oxu düşərgəsi təşkil etdi.

24.06.2019

    İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi  Heydər Əliyev adına İistirahət parkında Yay oxu düşərgəsi təşkil etdi. Uşaq şöbəsinin əməkdaşları yay mövsümündə səyyar xidmətlə balacaları da yaddan çıxarmırlar. Oxu düşərgəsinin müdiri Ağayeva Ədibə və multimedia mütəxəssisi Səftərova Gülnar   körpələrə müxtəlif mövzularda  gözəl tərtibatlı rəngarəng kitablar təqdim etdilər. Uşaqlara “ Pişik və gəlincik”, “ Qırmızı papaq “, “ Turp”, “ Tıq-tıq xanım” və s. nağıl kitabları oxundu, digər kitablar sərgiləndi. Balacalar  sərgidəki  kitablarla  yaxından  tanış  oldular. Maraqlı,  əlvan  şəkilli kitablar, jurnallar onların sevincinə  səbəb  oldu. Tədbiri keçirməkdə  əsas məqsəd  məktəbə  qədəm  qoyacaq  uşaqlarda  kitaba  maraq  oyatmaq,  onları  elmə  biliyə  həvəsləndirməkdir.  

 

4.6 MB

 

3.6 MB