Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qəbələ Tarix –Diyarşünaslıq Muzeyində də Cəfər Cabbarlının həyat və yaradıcılığı,Azərbaycan ədəbiyyatında görkəmli yeri,bir sözlə mütəfəkkirin ədəbi xəzinəmizə əvəzedilməz tövhələri haqqında geniş mövzuda söhbətlər aparıldı

06.06.2019

Hər zaman olduğu kimi Qəbələ Tarix –Diyarşünaslıq Muzeyində yenə də böyük bir təntənə var idi. Qəbələ Peşə Təhsili Mərkəzinin şagirdləri,Heydər Əliyev Mərkəzinin əməkdaşları , digər idarə və təşkilatlar tədbirdə dəvət almışdır.Tədbir boyunca Cəfər Cabbarlının həyat və yaradıcılığı,Azərbaycan ədəbiyyatında görkəmli yeri,bir sözlə mütəfəkkirin ədəbi xəzinəmizə əvəzedilməz tövhələri haqqında geniş mövzuda söhbətlər aparıldı.Ümumiyyətlə C.Cabbarlı yardıcılığı hərtərəfli olaraq tarixi,xüsusilə də türk tarixini,dövrün haqsızlıqlarını,ədalətsizliklərini,xalqın yaşayış tərzi və ehtiyaclarını,qadın azadlığını,insana qiyməti,dövrün tələblərini və məcburiyyətini gözəl bir qələmlə həmin zamanda Azərbaycan ədəbiyyatına qeyd etməklə bu günün böyük xəzinəsini yaratdı.35 illik həyatına bütövlükdə böyük ədəbi irsin xəzinəsini sığdırdı. Tədbiri giriş sözü ilə muzeyin direktoru Həqiqət Rüstəmli açaraq C.Cabbarlı yaradıcılığında qadın azadlığı mövzusunda geniş çıxış etdi, muzeyin fondunda saxlanılan 1930 –cu illərdə nəşr olunan Şekspirin “Hamlet”əsərinin ədibin bir tərcüməçi fəaliyyətinin məhsulu kimi,bariz tərcümə nümunəsidən ətraflı məlumat verdi.Tədbiri Qəbələ Peşə Təhsili Mərkəzinin şagirdlərinin ifasında söylənilən şeirlər daha da rövnəqləndirdi.Xüsusilə də M.Aygünün ifasında “Ölkəm” şeiri hər bir kəsə uzaqları ,Azərbaycanın bütün sərhədlərini,bolgələrini bizə bir anlıq daha da yaxın etdi. İlhamə Seyidova muzeyin kiçik elmi işçisi

 

175.7 KB

 

11.8 KB

 

11.7 KB