Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağsu rayon Mədəniyyət Mərkəzində Xalq şairi, nəğməkar şair Hüseyn Arifin 95 illik yubileyi ilə əlaqədar “Xatırla məni” adlı konsert-gecə keçirilmişdir.

07.06.2019

07 iyun 2019-cu il tarixdə Ağsu rayon Mədəniyyət Mərkəzində Xalq şairi, nəğməkar şair Hüseyn Arifin 95 illik yubileyi ilə əlaqədar “Xatırla məni” adlı konsert-gecə keçirilmişdir. Tədbir aparıcı E.Bayramovun şairin həyat və yaradıcılığı haqqında söhbəti ilə başladı. Sonra konsert Ə.Əzizovun, S.Ağsulunun, X.Dursunəliyevin, T.Qasımovun, Aşıq Amil Dadaşovun ifasında səslənən, sözləri Hüseyn Arifə məxsus olan “Xatırla məni”, “Qonşu qız”, “Könül deyir yaşa hələ”, “Mən inanmadım”, “Meşəbəyi” mahnıları ilə tamaşaçıların zövqünü oxşamışdır. 

 

72.4 KB

 

66.8 KB

 

74.8 KB