Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

28 may Respublika Günü münasibəti ilə Mərkəzi kitabxanada “Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk dünyəvi dövlətçilik modeli” adlı tədbir keçirildi.

27.05.2019

    İsmayıllı Regional Mədəniyyət  İdarəsinin tabeliyində olan Şamaxı rayon Mərkəzi Kitabxanasında 27 may 2019-cu il  tarixdə 28 may Respublika Günü münasibəti ilə Mərkəzi kitabxanada diplomqabağı təcrübə keçən Şamaxı Dövlət Regional Kollecin “Kitabxana-İnformasiya təminatı” ixtisası üzrə III kurs 318-ci qrup tələbələrinin təşkilatçılığı ilə  “Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk dünyəvi dövlətçilik modeli” adlı tədbir keçirildi. Tədbirdə kitabxana əməkdaşları, məktəb şagirdləri, Regional Kollecin tələbələri iştirak edirdi.

   Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən,  zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətşicilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə Respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlanmasından danışıldı. Qeyd olundu ki,  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.

   Tədbirdə məktəblilər Əli Səmədlinin “Torpaqdan pay olmaz” və vətən, torpaq haqqında şeirlər söylədilər, mahnılar oxudular. Regional Kollecin tələbələri 28 May Respublika Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

   Mərkəzi kitabxana və kitabxana filiallarında Respublika gününə həsr olunan sərgilər təşkil olunmuşdur.

 

70.5 KB

 

64 KB

 

73.1 KB