Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı rayon Heydər Əliyev Mərkəzində “Heç bir uşağı nəzərdən qaçırmayaq “adlı tədbir təşkil edildi.

04.06.2019

04.06.2019-cu il tarixində Şamaxı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mərkəzi Kitabxananın Uşaq şöbəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə İnsan Hüquqları aylığı ilə əlaqədar olaraq “Heç bir uşağı nəzərdən qaçırmayaq “adlı tədbir təşkil edildi. Tədbirdə Avropa liseyinin 2-ci sinif şagirdləri, Heydər Əliyev Mərkəzinin və Uşaq şöbəsinin əməkdaşları iştirak etdi.Tədbirdə çıxış edən şöbə müdiri Vüsalə Əskərova məruzəsində qeyd etdiki uşaqlar –insan hüquqları subyekti olaraq beynəlxalq səviyyədə diqqət mərkəzindədirlər. Onların problemlərinin həlli, hüquqlarının və ən yaxşı maraqlarının müdafiəsi dövlətimizin treoritet səviyyəsinin əsasını təşkil edir.Tədbirdə çıxış edənlər uşaqların təhsil, inkişaf , sosial təminat , sağlamlığın qorunması yaşamaq hüququ və digər mənsub olduqları hüquqları barəsində söhbət açaraq bu istiqamətdə həyata keçirilən tədbirlərdəndə bəhs etdilər. Tədbirdə”İnsan hüquqları “na dair maarifləndirici video slayda baxış keçirildi.

 

63.9 KB

 

68.2 KB

 

62.1 KB