Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirildi

29.05.2019

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən “18 İyun-İnsan hüquqları günü” kimi qeyd edilir. 29 may 2019-cu il tarixində Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirildi. Mərkəzin Nəzəriyyə şöbəsinin təşkil etdiyi viktorina  ölkədə mayın 18-dən iyunun 18-dək elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində keçirildi. Viktorinanı Mərkəzin direktoru Namiq Rzazadə açıq elan edərək  tədbirin mahiyyəti haqqında iştirakçılara geniş məlumat vermişdir. Sonra komandalar arasında püşkatma keçirildi və viktorinaya start verildi.Viktorinada 6 müəllimin rəhbərlik etdiyi 6 şagirddən ibarət “Qartal”,”Günəş”,”Zəfər”,”Zirvə”,”Simurq” və ”Odlar yurdu”komandaları yarışdı.Mərkəzin Rəhbərliyi münsiflər heyyəti olaraq yarışmanın şəffaf keçirilməsinə nəzarət etdi. Maraqlı keçən viktorinanın sonunda qalib müəyyən olundu. Qalib gəlmiş  “Qartal” komandasına Mərkəzin rəhbərliyi tərəfindən priz verildi..  

 

2.4 MB

 

2.4 MB

 

2.5 MB