Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Süd qoxulu körpələr”adlı tədbir keçirildi

31.05.2019

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabelilyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin və 1 saylı Uşaq Baxçası və Körpələr evinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Süd qoxulu körpələr”adlı tədbir keçirildi. Tədbiri 1saylı Uşaq Baxçası və Körpələr evinin balaca fidanları onlara məxsus olan özəl günü açıq elan edərək hazırladıqları gözəl rəqslə başladılar. Tədbir uşaqların maraqlı kompozisyalarının nümayişi ilə davam etdi. Uşaqlar şeirlər, mahnılar və səhnəciklər göstərməklə hamıda xoş əhval-ruhiyyə yaratdılar. Daha sonra tədbirlə bağlı söz alan şöbə müdürü Vüsalə Əsgərova tarixə ekskursiya edərək bu günün əhəmiyyəti və tarixi haqqında məlumat verdi. Qeyd etdi ki, dünyanın əksər ölkələrində olduğu kimi bu gün Azərbaycanda da geniş qeyd olunur, və ölkə rəhbəri cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın körpələrə, uşaqlara olan xüsusi diqqət və qayğısından bəhs etdi. Sonda tədbir iştirakçıları kitab sərgisi və video slaydları izlədilər.

 

2 MB

 

2.2 MB