Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin təşkilatçılığı və Şamaxı rayonu İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində Şamaxı rayon Mədəniyyət Mərkəzində tədbir baş tutub.

01.06.2019

“Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin təşkilatçılığı və Şamaxı rayonu İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində Şamaxı rayon Mədəniyyət Mərkəzində tədbir baş tutub. Tədbirdən əvvəl “Şəhidlər” abidə kompleksi ziyarət edilib, önünə gül dəstələri qoyulub və şəhidlərimizin əziz xatirəsi ehtiramla anılaraq ruhlarına dualar oxunub. Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkili Qənirə Paşayeva,Türkiyəli yazar Məryəm Aybikə Sinan, “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə, yazıçı-publisist Aida Eyvazlı, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları və gənclər iştirak ediblər. Tədbirdə Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın döyüş yolu haqqında iştirakçılara məlumatlar verildi. Qeyd edildi ki, bu qəhrəmanlar hər bir gəncimiz üçün mükəmməl örnəkdir. Aprel döyüşlərində şəhid olmuş komandirlərin döyüş yolu, onların şəhidlik məqamına ucalması Azərbaycan zabitinin hər an əsgərinin önündə Vətən torpağının düşmən tapdağından azad etməyə hazır olduğunu göstərir. Aprel döyüşlərində gənc əsgərlərimizin rəşadəti və şücaəti ordumuzun döyüş hazırlığını sübut etdi. Tədbiri giriş sözü ilə başlayan Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qeyd etdi ki, Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan hər bir qəhrəmanımızın xatirəsi xalqımızın ürəyində daima yaşayacaqdır. Dövlətimizin ərazi bütövlüyü yalnız milli birlik, xalqımızın döyüş əzmi sayəsində bərpa olunacaqdır. “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə gəncləri aprel döyüşlərində əslən Şamaxıdan olan şəhid əsgərlərimiz Samir Kaçayevdən, Nazim Zəkərəyevdən, Elşən Səmədovdan və digər qəhrəmanlarımızdan nümunə götürməyə çağırdı. Onların xatirəsini daima uca tutmağı tövsiyyə etdi. Millət vəkili Qənirə Paşayeva şəhidliyin bir çox dəyərləri özündə cəmləşdirən bir dəyər olduğunu söyləyərək Azərbaycanın hər bir qarışı uğrunda canını fəda edən şəhidlərin xalqımıza məxsus olan uca dəyərləri əbədiləşdirdiyini bildirmişdir. Bizim hər birimizin daima Vətən torpağının azadlığı uğrunda döyüşə hazır olmasını bildirdi. Türkiyəli tarixi əsərlər müəllifi Məryəm Aybikə Sinan Azərbaycan xalqının qəhrəman bir xalq olduğunu, tarix boyu öz dəyərləri uğrunda daim mücadilə etdiyini bildirmişdir. Bu mücadilə nəticəsində Azərbaycan indi müstəqil dövlətdir. Aprel qazisi Əhliyyət Mehdiyev regionlarda gənclər arasında vətənpərvərlik ruhunda belə tədbirlərin davamlı olaraq təşkil edilməsini bildirdi. Şəhidlərimizin xatirəsini əməllərdə yaşatmağı, gənclərin milli düşüncə, azərbaycançılıq ruhunda yetişməli olmasının zəruriliyini vurğuladı. Yazıçı-publisist Aida Eyvazlı “Qalibiyyət: Şəhidlər və Şahidlər” əsəri haqqında iştirakçılara məlumat verdi. Qeyd etdi ki, aprel döyüşlərində şəhid olmuş hər bir qəhrəman haqqında kitabda oçerklər mövcuddur. Əsəri oxumağı Azərbaycan gəncliyinə tövsiyyə edən yazıçı bildirdi ki, şəhidlərimizi tanımaq və yaşatmaq hər bir gəncin mənəvi borcudur. Dövlət Sərhəd Xidmətinin solisti Fəxri Kazım Nicat vətənpərvərlik mahnıları ilə çıxış etdi. Daha sonra Mədəniyyət Mərkəzinin foyesində şəhidlərin döyüş yolundan bəhs edən sənədli və bədii kitabların sərgisi təşkil olunmuşdur.

 

280.6 KB

 

265.2 KB

 

285.6 KB