Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley münasibəti ilə təşkil olunan silsilə tədbirlər çərçivəsində növbəti geniş tədbir keçirilmişdir

27.05.2019

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illik yubiley münasibəti ilə təşkil olunan silsilə tədbirlər çərçivəsində növbəti geniş tədbir keçirilmişdir. Mərkəzin Foyesində İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin birgə təşkilatçılığı ilə hazırlanan rəsm və kitab sərgisi nümayiş olunmuşdur. Sərgidə Azərbaycan və xarici dillərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, tarixi, qurucuları haqqında ədəbiyyat nümayiş olunmuşdur. Tədbirdə İcra hakimiyyətinin nümayəndələri, mədəniyyət müəssisələrinin, digər idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak etmişdirlər. Təntənə ilə qeyd edilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixi və indiki çiçəklənən Azərbaycan Respublikası haqqında geniş çıxışlar edilmiş,daha sonra isə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Niyal” instrumental ansamblı,İvanovka folklor qrupu,Lahıc xalq kollektivi konsert proqramı ilə çıxış etmişdirlər. Ağsu Mədəniyyət Mərkəzinin incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı davam etmişdir.

 

291.8 KB

 

306.3 KB

 

323.1 KB