Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağsu rayon Mərkəzi kitabxanasında “Respublika günü” ilə əlaqədar “dəyirmi masa” təşkil olunmuşdu

25.05.2019

25 May 2019-cu il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında “Respublika günü” ilə əlaqədar “dəyirmi masa” təşkil olunmuşdur.Rayon Mərkəzləşdirilmiş kitabxana Sisteminin direktoru Cəbrayıl Bədəlov vurğuladı ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)-müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılmışdır. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.”Dəyirmi masa”da Zinhar Rüstəmov,Leyli Qarayeva və Rasimə Rəhimova çıxış edib AXC-nin həyata keçirdiyi işlərdən,onun məğlubolma səbəblərindən danışdılar.Gostərdilər ki,əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş indiki müstəqil Azərbaycan dövləti AXC-nin layiqli davamçısıdır.Tədbirin sonunda mövzu ilə əlaqədar video-çarx nümayiş etdirildi.

 

84.7 KB