Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qəbələ Rayon Tarix –Diyarşünaslıq muzeyində açıq səma altında ”Azərbaycan 1918-1920- ci illərdə” adlı tarixi kitablardan ibarət geniş sərgi təşkil edilmişdir.

25.05.2019

28 May tariximizin şanlı səhifəsi :- Azərbaycan Xalq Cumhuriyyəti

Biz bu vətənin övladlarıyıq.Bu Vətən övladı kimi böyük bir xalq kimi haqq səsimizi 1918 –ci ildə dünyaya bəyan etdik.Bayrağımız zirvələrə ucaldı,xalqın mübariz olduğunu göstərdi.Yüksəklərdə dalğalanan bayrağımız hər yana səs saldı.Məmməd Əmin Rəsulzadənin əzm və fədakarlığı ilə zirvələrdə dalğalanan bayrağımız , - Azərbaycan bayrağı tarixə qovuşdu.

Azərbaycan Xalq Cumhuriyyətinin ildönümü ilə əlaqədar olaraq İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix –Diyarşünaslıq muzeyində açıq səma altında ”Azərbaycan 1918-1920- ci illərdə” adlı tarixi kitablardan ibarət geniş sərgi təşkil edilmiş,Şərqdə ilk yaranmış Azərbaycan Xalq Cumhuriyyətinin quruçuları ,fəxr-fəxarətəmiz olan görkəmli şəxslərin həyat və fəaliyyətini ,1918-ci illərin siyasi tarixini əks etdirən kitabları mütaliə üçün də geniş şərait yaradılmışdır. Sərgidəki bütün kitablar tarixi baxımdan əhatəli və geniş mövzulu olduğu üçün hər bir kəsin marağına səbəb oldu.Onu da qeyd edim ki sərgini Qəbələ məktəbliləri də seyr edmişdir. Daha sonra bununla əlaqədar olaraq muzey kollektivi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “28 May tariximizin şanlı səhifəsi”mövzusunda tarixi mühazirələr söylənildi ,tarixə bir daha nəzər salındı , “İstiqlal bəyannaməsi”- nə ilk imza atanlardan həmyerlimiz Şəfi Bəy Rüstəmlinin həyat və fəaliyyəti haqqında geniş mövzuda söhbətlər aparıldı.Daha sonra muzeyin həyətində rayon və kənd məktəblilərinin iştirakı ilə geniş şəkildə bədii qiraətlər təşkil edilmişdir.

 

69.5 KB

 

301.2 KB