Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində “Abbas Səhhətin yaradıcılığında təmsillərin,pyeslərin mövzusu”adlı oxucu konfransı təşkil edild

22.05.2019

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şamaxı rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində “Abbas Səhhətin yaradıcılığında təmsillərin,pyeslərin mövzusu”adlı oxucu konfransı təşkil edildi.Çıxış edən şöbə müdürü Vüsalə Əsgərova qeyd etdi ki, yubiley tədbirlərinin keçrilməsi bizim başlıca məqsədlərimizdən biridir. O,cümlədən bu il parlaq istedada malik söz sənətkarı,ədəbiyyatımızın tarixində özünəməxsus layiqli yeri olan Abbas Səhhətin 145 yaşı tamam olur.Abbas Səhhətin yaradıcılığını oxuculara daha aydın şəkildə çatdırmaq üçün yazıçının əsərlərindən ”Cəhalətin səmərəsi,yaxud bir yetimin xoşbəxtliyi”,”Yay səhəri”əsərlərinin oxucularla birlikdə təhlili keçirildi. Hər iki əsərin məzmunu haqqında oxuculara məlumat verildi,habelə onlar da öz fikirlərini kitabxanaçılarla bölüşdülər.Sonda təşkil olunmuş sərgiyə baxış oldu.Sərgi ətrafında şöbənin biblioqrafı Ziyafət Həsənova uşaqları maarifləndirdi.

 

4.1 MB