Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İsmayıllı şəhər Uşaq İncəsənət Məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilib

24.05.2019

Ölkəmizdə musiqi və incəsənət təhsilinin inkişafı istiqamətində mühüm işlər görülür. Paytaxtla yanaşı, bölgələrdə də yeni bədii təhsil ocaqları tikilib istifadəyə verilir, mövcud təhsil müəssisələri təmir-bərpa olunur.

Mayın 24-də İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbi binasının əsaslı təmirdən sonra açılışı keçirilib.

Açılış mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, rayon ziyalıları, təhsil ocağının kollektivi, mədəniyyət müəssisələrinin işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.   

Tədbirdə çıxış edənlər mədəniyyətimizin hərtərəfli inkişaf etdirilməsinə dövlət tərəfindən böyük diqqət göstərildiyini vurğulayıblar. Bildirilib ki, məktəbdə yaradılan müasir şərait kollektivin fəaliyyətini canlandıracaq, şagirdlərin musiqi biliklərinə daha dərindən yiyələnməsinə, potensiallarını rahat şəkildə ifadə etmələrinə vəsilə olacaq. Təhsil ocağında aparılan əsaslı təmir-bərpaya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.

 

149.7 KB

 

162.9 KB

 

130.3 KB