Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsi baş tutmuşdur.

15.05.2019

Respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2019-cu ilin aprel-may aylarında Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsini keçiriləcəyini elan etmişdir. 15 may 2019-cu il tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsi baş tutmuşdur. Müsabiqədə İsmayıllı,Şamaxı,Ağsu, Qobustan,Qəbələ,Zərdab rayonlarından xalq çalğı alətlərində ifa etməyi bacaran istedadlı gənclər iştirak etmişdirlər.

 

287.5 KB

 

282.4 KB

 

258.1 KB