Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı şəhər Heydər Əliyev parkında “Mənim Şamaxım” rəsm müsabiqəsinin yekun sərgisi keçirilib

15.05.2019

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 2019-cu il ölkəmizdə “Nəsimi İli” elan olunmuşdur. Dahi şair Nəsimi irsinin təbliği, Şamaxı rayonunun sakinləri arasında incəsənətə marağın artırılması, rayonun mədəni həyatının tədbirlərlə zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi İli” çərçivəsində Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “Mənim Şamaxım ” adlı rəsm müsabiqəsi elan olunmuşdur.
Müsabiqəyə Şamaxı rayonundan 90-a yaxın uşaq, yeniyetmə və gənc qatılmış 150 ə yaxın rəsm əsəri sərgiyə təqdim olunmuşdur. Müsabiqədə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, Şamaxı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi, Şamaxı rayon Melikçobanlı kənd tam Orta Məktəbi, Şamaxı Humanitar Kolleci, Samaxı rayon Mədrəsə qəsəbə tam Orta Məktəbi, Şamaxı rayon Qurdtəpə kəndi, Şamaxı rayon Həmyəli kənd tam Orta Məktəbi, Şamaxı 1 saylı Orta Məktəbi, Şamaxı rayon Qonaqkend tam Orta Məktəbi, Şamaxı rayon Məlhəm kənd tam Orta Məktəbi, Şamaxı M.Hadi adına tam Orta Məktəbi, Şamaxı rayonu Avaxıl kənd məktəbinin şagirdləri aktiv iştirak etmişdir.
İştirakçılar əsərlərində əsasən Şamaxının dahi şəxsiyyətlərini, əsasən də Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin obrazını, tarixi abidələrini, sənət nümunələrini, müxtəlif peşə sahiblərinin obrazlarını təsvir etmişdilər.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri və fəal tədris mərkəzləri diplom və təşəkkürnamələrlə təltif olunmuş, seçilmiş 20 əsərin müəllifi "Azərbaycanım" Uşaq Rəsm Festivalı çərçivəsində keçiriləcək müsabiqəyə dəvət olunmuşdur.
 

 

2.9 MB

 

2.7 MB

 

2.8 MB