Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Buta” rəqs ansamblının “ Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi”-nə həsr olunmuş solo konserti keçirildi.

10.05.2019

10 may 2019-cu il tarixində   Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində   “Buta” rəqs ansamblının  “ Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi”-nə həsr olunmuş  solo konserti keçirildi.Konsertdə Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova və İsmayıllı Regional Mədəniyyət  İdarəsinin rəisi Elnur Hüseynov iştirak etdilər. Konsertdən öncə onlar Rəssamlıq şöbəsinin müəllim və şagirdlərinin hazırladıqları rəsm  və əl işlərinə baxış keçirərək sərgi barəsində xoş təəssuratlarını Mərkəzin rəhbərliyinə bildirdilər.Daha sonra Mərkəzin böyük zalında “Buta” rəqs ansamblının konsert proqramını izlədilər. Konsertdə şagirdlər böyük ruh yüksəkliyi ilə  rəqsləri nümayiş etdilər  və tamaşaçılar hər bir rəqsi böyük coşqu ilə qrşıladı.                                                                                                              

      Sonda, Mərkəzin direktoru Namiq Rzazadə çıxış edərək Xoreoqrafiya üzrə müəllim Pərviz Əliyevi  təbrik edərək  “Buta” rəqs ansamblının solo konsertini yüksək səviyyədə hazırladığına görə təşəkkürünü bildirdi və ansamblın bütün üzvlərinə  Mərkəz adından  “Tərifnamə”-lər  təltif olundu. 

 

4.5 MB

 

4.4 MB

 

4 MB