Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qəbələ rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliği məqsədilə tədbir keçirilib

15.04.2019

15 aprel 2019 – cu il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliği məqsədilə tədbir keçirilib.Ekspozisiya zalında təşkil olunmuş tədbirdə mərkəzin bələdçisi Mahirə Kərimova ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti, zəngin siyasi irsi və təcrübəsi barədə çıxış edib. O, bildirdi ki, Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət etmişdir. Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə etmişdir. İllər ötməsinə baxmayaraq bu dahi şəxsiyyətin əziz xatirəsi daima hörmət və ehtiramla yad edilir.

 

61.6 KB