Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi və M.Hadi adına 9 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Bizdə şeir də var,sənət də vardır, Şairə sənətə hörmət də vardır ” adlı tədbir keçirildi

16.04.2019

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şamaxı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi və M.Hadi adına 9 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 16.04.2019 tarixdə Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq “Bizdə şeir də var,sənət də vardır, Şairə sənətə hörmət də vardır”adlı tədbir keçirildi.Tədbirdə çıxış edən şöbə müdiri Vüsalə Əsgərova Azərbaycan ədəbi məktəbinin seçilən mümayəndələrindən olan İmadəddin Nəsimi yaradıcılığı haqqında məlumat verdi. Daha sonra şagirdlər Nəsiminin sevilən qəzəllərini,kompozisyalar,və musiqi nömrələri səsləndirdilər.Tədbirə çıxışı ilə yekun vuran məktəbin təşkilati işlər üzrə direktor müavini M.Daşdəmirova vurğuladı ki,bu gün ki,gənc nəsil Nəsimini daha yaxından tanıyacaq,onun haqqında kitablar,elmi əsərlər yazılacaq və gələcək nəsillərdə bundan bəhrələnəcəklər.

 

91.2 KB

 

142.8 KB

 

115.7 KB