Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İsmayıllı Regional Mədəniyyət İdarəsinin növbəti Şura iclası keçirilmişdir

03.04.2019

İsmayıllı Regional Mədəniyyət İdarəsinin növbəti Şura iclası keçirilmişdir

3 Aprel 2019-cu il tarixində İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Regional Mədəniyyət İdarəsinin növbəti geniş tərkibdə Şura iclası keçirilmişdir. İclasda Şura üzvləri, regiona daxil olan rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin direktorları iştirak etmişdir. İclası giriş sözü ilə açan İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov Vətən uğrunda şəhid və Şanlı Aprel döyüşlərində şəhid olmuş igidlərimizi bir dəqiqiəlik sükutla yad edərək öz nitqinə başlamışdır.Hal hazırda müəssisələrin fəaliyyətindən , qarşıda duran vəzifələr , müəssisələrdə islahatların aparılması , yeni gənc kadrların müəssisələrə işə cəlb edilməsi , yaradıcı insanlarla müəssisələrin fəaliyyətinin aparılmasının zərurətini şura üzvləri ilə geniş müzakirə etdi.

Sonra idarənin rəis müavini Azər Abbasov çıxış edərək cari ildə mədəniyyət idarəsini tərəfindən , tabe müəssisələrdə görülmüş işlər barəsində geniş hesabat verdi.

Rayon müəssisə rəhbərləri çıxış edərək , qarşıda duran perspektivli iş planlarından danışaraq , 3 ay ərzində görülən işlər haqqında qısa hesabat verdilər.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Məsləhətçisi Rəfail Tağızadə öz çıxışında 27 mart-24 may tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçiriləcək “Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalından danışdı.Festivalın əsas məqsədi müəssisələr arasında mədəniyyət əlaqələrinin genişlənməsinə , kollektivlərin ölkədə tanınmasına çox böyük təsir göstərmişdir.Bu tipli tədbirlərin bölgələrdə yaradıcı insanların arasında fikir mübadilələrinin yaranmasına ,ölkənin müxtəlif bölgələrində yaşayan yaradıcı insanların özlərini tanıtmasına və təbliğ etməsinə böyük təkan verdiyini xüsusilə qeyd etmişdir .

 

284.3 KB

 

319.4 KB

 

353.9 KB