Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxıda altı ölkənin məşhur pianoçularının iştirakı ilə konsert proqramı təqdim olunub.

11.03.2019


Şamaxı rayon Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə martın 10-da Şamaxıda altı ölkənin məşhur pianoçularının iştirakı ilə konsert proqramı təqdim olunub.

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində reallaşan konsertdə ABŞ-dan Nikolas Rot, Almaniyadan Katarina Troytler, Azərbaycandan Murad Hüseynov, Çindən Yundi Xu, Rusiyadan Rustem Saytkulov və Yaponiyadan Atsuşi İmada çıxış ediblər.


Tanınmış pianoçular tamaşaçılar qarşısında F.Şopen, S.Prokofyev, F.Şubert, R.Şuman, F.List və digər məşhur dünya bəstəkarlarının əsərlərini solo ifa ediblər.
Qeyd edək ki, martın 7-də Bakı şəhər Heydər Əliyev Mərkəzində "Heksameron. 6 royal" adlı konsert keçirilib. Konsertdə Azərbaycan və dünya ölkələri bəstəkarlarının əsərləri, o cümlədən nadir hallarda ifa olunan “Heksameron” əsəri 6 pianoçunun birgə təqdimatında səslənib. Layihənin davamı olaraq Bakı konsertində çıxış etmiş məşhur pianoçuların regionlara turları təşkil olunub. Belə konsertər Gəncə,Şəki və Şamaxı şəhərlərində keçirilib. Musiqiçilər qarşıdakı günlərdə Lənkəran şəhərində də konsert verəcəklər
 

 

75.9 KB

 

101.2 KB

 

55.1 KB