Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı rayon Mərkəzi kitabxanasında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi və 2019-cu il “ Nəsimi ili” ilə əlaqədar “ Nəsimi - Şərqdə mərdlik, fədakarlıq və İradə rəmzi” mövzusunda dəyirmi masa keçirildi.

08.02.2019

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi kitabxanasında 08.02.2019-cu il tarixində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi və 2019-cu il “ Nəsimi ili” ilə əlaqədar “ Nəsimi - Şərqdə mərdlik, fədakarlıq və İradə rəmzi” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə çıxış edənlər bildirdilər ki, Nəsimi – böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur. Nəsimi yaradıcılığı istibdada qarşı, sosial ədalətsizliyə qarşı, qəddarlığa qarşı, hər növ zülmə qarşı böyük etiraz idi. Onun şeirləri insan əqlini və gözəlliyini vəsf edərək, şəxsiyyəti hər növ qadağalardan azad edərək, fanatizm və mövhumata qarşı yönəlmişdi. Bir sözlə, Nəsimi yaradıcılığının əsas ideyası – azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsinə xidmət edir ki, bu da müasirliyimizlə kifayət qədər möhkəm uzlaşır.

Möhtərəm Prezidentimizin 2019-cu ili “Nəsimi ili” elan etməsi ölkəmizdə nəsimişü -naslığın inkişafına böyük təkan verəcək, yeni - yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdıracaq. Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərəcək. Bu kimi qərar ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəni-yyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür.

Mərkəzi kitabxanada və kitabxana filiallarında “İmadəddin Nəsimi-650” və “2019-cu il Nəsimi ilidir” başlıqlı sərgilər təşkil olunmuş, müvafiq şöbədə metodik vəsait hazırlanıb MKS-nin şöbə və kitabxana filiallarına verilmişdir.

 

 

42.8 KB

 

59.2 KB

 

62.1 KB