Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində formalaşmış ənənəyə uyğun olaraq müxtəlif məktəblərdən şagirdlər kitabxanaya ekskursiya edib “Nağıl otağı”nda xalq nağılları dinləyib, fondda olan kitablarla tanış olub cizgi filmi seyr etdilər.

08.02.2019

Kitabxanalar ölkənin mədəni və ictimai həyatında əsəs yerlərdən birini tutur. Kitabxanaların əsas məqsədi cəmiyyətin intelektual mədəni inkişafına kömək etmək onu insanların vasitəsilə təkmilləşdirməkdən ibarətdir. Hər bir ölkənin gələcəyi böyüməkdə olan nəslin çiyinləri üzərinə düşür.

08 fevral 2019-cu il tarixində İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində formalaşmış ənənəyə uyğun olaraq növbəti tədbir keçirildi.

Diyarımızın müxtəlif məktəblərindən şagirdlər kitabxanaya ekskursiya edib “Nağıl otağı”nda xalq nağılları dinləyib, fondda olan kitablarla tanış olub cizgi filmi seyr etdilər.

Balacalarımızı vətənpərvər, kitabsevər, mütaliə etməklə böyümələrində kitabxanaçıların rolu danılmazdı. Balacalar bizim gələcəyimizdir. Gələcəyimizi parlaq edək!

 

336.1 KB

 

337.9 KB

 

348.9 KB