Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 31 yaşı tamam olması münasibətlə , Ağsu rayon Mərkəzi kitabxanasında anma mərasimi təşkil edilmişdi

07.02.2019

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 31 yaşı tamam olur. Bu münasibətlə Ağsu rayon Mərkəzi kitabxanasında anma mərasimi təşkil edilmişdir.Mərkəzi kitabxananın və Mədəniyyət Mərkəzinin təkil etdiyi tədbirdə rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov,Mədəniyyət Mərkəzinin direktoru Mahir Məlikov və fəal oxucu Əzəmət Əliyev çıxış etmiş, bildirmişlər ki,Azərbaycan tarixən öz qəhrəmanları ilə seçilmişdir.Ad günü qeyd edilən Mübariz İbrahimov da öz qəhrəmanlığı ilə adını tarixə yazmış və ölçüyəgəlməz vətən sevgisi onu şəhidlik zirvəsinə ucaltmışdır. Anma mərasiminin sonunda tədbir iştirakçıları Milli Qəhrəmana həsr olunmuş sərgi ilə tanış olmuşlar.

 

65.2 KB

 

64 KB

 

66.4 KB