Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyində Milli qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar olaraq “Anım saatı” təşkil edilmişdi

07.02.2019

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyi silsilə tədbirləri ilə tariximizin şanlı səhifələrini yaşadır. Azərbaycan leksikologiyasında olan şücaət,qəhrəmanlıq, mərdlik,igidlik, mübariz sözlərini tam mənası ilə hər bir vətəndaş anlayır.Lakin Mübariz dünyaya gəlişi ilə,vətən uğrunda göstərdiyi əzm fədakarlığı ilə bu sözü adı ilə,əməli ilə tam təsdiqlədi. Bu gün Milli qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar olaraq “Anım saatı” təşkil edilmişdir.Azərbaycanın bütövlüyü, azadlığı uğrunda canlarını fəda etmiş vətən övladları,qəhrəman oğulları ;-Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü də, əbədiyyətə qovuşduğu,Şəhidlik zirvəsinə ucaldığı gün də beləcə əbədiləşdi . Qəlbi Vətən üçün çırpınan,qanını-canını Azərbaycanın müstəqilliyinə,torpaqlarının bütövlüyünə fəda edən Mübarizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə onun həyatı,Azərbaycan Milli ordusunun Giziri kimi fədakarlığı,bir Vətən övladı olaraq şücaət və qəhrəmanlığı haqqında geniş şəkildə söhbət aparıldı.Beləliklə Mübariz bir kənddə doğuldu,lakin bütöv bir Azərbaycanın oğlu oldu .Azərbaycanın tarixinin şanlı səhifəsinə yeni qəhrəmanlıq salnaməsi yazdı,bu səhifələrdə əməli ilə Vətən sevgisini bəyan etdi, xalqın qəlbində əbədiyaşarlıq qazandı. İndi hər bir kəs bu günkü xoş,rəvan həyatımız üçün Şəhidlərimizə borcluyuq.Allah sizə rəhmət eyləsin Ey Şanlı Vətənin Şanlı əsgərləri.

 

73.8 KB

 

61.7 KB