Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan və dünya azərbaycanlıları .

27.12.2018

İlk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən tarixə və yaddaşlara yazılan,rəsmiləşən “Dünya azərbaycanlılarının həmrəyliyi günü” əlamətdar bir gün,bayram kimi hər il böyük təntənə ilə qeyd olunmaqdadır.Bu tarixi gün vətənimiz Azərbaycanı sevən , xarici ölkələrdə tariximizi qoruyan ,yaşadan,təbliğ edən hər bir kəsin sevimli bayramıdır. Hər ilin sonunda qeyd olunan bu bayram yeni ilin gəlişi ilə xalqı,vətəni daha dərindən sevməyin,yumruq kimi sıx birləşmənin mücəssəməsidir.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycan və dünya azərbaycanlıları “ mövzusunda dəyirmi masa təşkil olunmuşdur.Tədbiri giriş sözü ilə muzeyin əməkdaşı Xalidli Mədinə açmış, bu bayramın ilk olaraq Azərbaycanda qeyd olunması tarixindən və mahiyyətindən geniş şəkildə məlumat vermişdir.Daha sonra muzeyin əməkdaşı Biriliyand Məlikova bayram münasibəti ilə kollektivi təbrik etmiş,xaricdə yaşayan,lakin ürəyi hər zaman Azərbaycanla döyünən vətənimiz Azərbaycanı qələmi ilə təmsil edən xarici diasporlardan biri həmyerlimiz Ramin Hüseyn oğlu Məmmədov haqqında geniş məlumat vermişdir.Ramin Məmmədov vətənin hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılarla geniş əlaqələr yaratmaqla tariximizi qoruyur,təmsil və təbliğ edir.