Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İsmayıllı Rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə dəstək mərkəzinin və İsmayıllı Regional Mədəniyyət idarəsinin nəzdində fəaliyyət göstərən MKS-nin uşaq şöbəsinin birgə təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xüsusi qayğıya ehtiyaclı uşaqlar üçün bayram şənliyi təşkil edilib

27.12.2018

İsmayıllı Rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə dəstək mərkəzinin və İsmayıllı Regional Mədəniyyət idarəsinin nəzdində fəaliyyət göstərən MKS-nin uşaq şöbəsinin birgə təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xüsusi qayğıya ehtiyaclı uşaqlar üçün bayram şənliyi təşkil edilib.Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edərək uşaqlara İcra başçısının təbriklərini çatdırıb. Bayram münasibəti ilə təşkil olunan şənlikdə məktəblərdən və bağçalardan da uşaqlar iştirak edib. Bundan əlavə, balacaları təbrik etmək üçün mahnılar oxunub.

Yolkanın ətrafına toplaşan uşaqlar Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanları ilə birgə əyləniblər.

Təşkil olunan şənlikdə xüsusi qayğıya ehtiyacı olan uşağların sevincləri isə daha çox olub. Onlar mahnılar oxuyub, şeirlər söyləyib.

Sonda xüsusi qayğıya ehtiyaclı uşağlara bayram hədiyyələr təqdim edilib.

 

311.1 KB

 

359.1 KB

 

308.9 KB