18.12.2018
Ağsu rayon Uşaq Musiqi Məktəbində Azərbaycan operasının dəyərli müğənnisi, xalq artisti, şöhrət or- denli Gülxar Həsənovanın 100 illik yubileyi münasibətilə “Səhnə- mizin döyünən ürəyi” adlı tədbir keçirilmişdir. Tədbirin aparıcısı Rəna Məmmədova sənətkarın həyat və yaradıcılığı haqqında, onun Azərbaycan opera və teatr sənətinin inkişafına verdiyi töh- vələrdən çıxış edərək, toplantı iştirakçılarını bilgiləndirmişdir. Sonda isə müğənninin “Son Tamaşa” filmi izlənilmişdir.