19.12.2018
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Dünya şöhrətli bəstəkar,Əməkdar İncəsənət Xadimi,Xalq Artisti,Dövlət Mükafatı Laureatı,Milli Elmlər Akademiyasının həqiqi üzvü Arif Məlikovun 85 illik yubileyinə həsr olunmuş məruzə konsert keçirildi.Tədbirin aparıcısı bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi.Daha sonra müəllim və şagirdlər bəstəkarın əsərlərindən ibarət konsert proqramını tamaşaçılara təqdim etdilər.