17.12.2018
İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Kürdmaşı kənd kitabxana filialında kiçikyaşlı oxucular üçün “Nağıl saatı” keçirib. Nağıl saatında Kürdmaşı kənd tam orta məktəbin 1 ci sinif şagirdləri iştirak ediblər. Kürdmaşı kənd kitabxanaçısı uşaqlar üçün "Əlcək "nağılını söyləyib.
“Nağıl saatı”nın keçirilməsində məqsəd uşaqları körpə yaşından kitabxanaya və kitaba alışdırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir.