Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Tağızadə Rəfail Vahid oğlu

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Məsləhətçi

Rəfail Tağızadə 1960-cı il iyul ayının 9- da Şamaxı rayon  Məlhəm kəndində anadan olmuşdur. 1967-ci ildə Şamaxı rayon Əngəxaran kənd natamam orta məktəbin  I sinfinə getmiş, 1977-ci ildə Şamaxı rayon Məlhəm kənd orta məktəbini bitirmişdir. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan  Dövlət İncəsənət İnstitutunun mədəni-maarif  fakultəsinə  daxil olub, 1982-ci ildə həmin fakultənin  kütləvi tamaşaları rejissorluğu şöbəsini bitirmişdir. 1982-ci ilin  avqust-oktyabr  aylarında  Şamaxı rayon Mədəniyyət evində metodist işləmişdir.  1982-ci ilin noyabr ayında hərbi xidmətə yollanmışdır. Hal-hazırda ehtiyatda olan leytenantdır.  1984- 1985-ci illərdə Şamaxı rayon Mədəniyyət şöbəsində 2 saylı avtoklubun müdiri, 1985-1990-cı illər Mədəniyyət şöbəsinin inspektoru, 1990-1991-ci illər Mədəniyyət evinin direktoru , 1991-2006-cı illər Mədəniyyət şöbəsində inspektor, 2006- 2016-cı illər Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi  işləmişdir.  2017-ci ilin yanvar ayının 5-dən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsində məsləhətçi vəzifəsində çalışır. II İmumittifaq Xalq Yaradıcılığı Festivalının laureatıdır. 1993-cü ildə Türkiyə Respublikasında keçirilən “Çay və Turizm” Beynəlxalq festivalın iştirakçısı olmuşdur.  2006-cı ildə rayonun ictimai-mədəni  həyatında  fəal iştirakına görə Şamaxı rayonu İcra Hakimiyyəti başçısının fəxri-fərmanı ilə təltif olunmuşdur. Mədəni Maarif jurnalında dərc olunan  “Şamaxı- əsrarəngiz gözəlliklər təcəssümü”, “Şamaxının tarix və mədəniyyət abidələri”  və “Tarix və mədəniyyət abidələri” məqalələrinə görə   2014-cü il "Qızıl qələm" media mükafatı lauretı adına layiq görülüb.  2017-ci ildə  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanın Fəxri Mədəniyyət  İşçisi adı ilə təltif olunmuşdur. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü ,Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının şura üzvüdür. Ailəlidir, 2 övladı var.

Telefon: 050-669-92-55

E-poçt: refail_shirvani@mail.ru